Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri Cocuq Mərcanlıya gedəcəklər.
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, səfəri Xarici İşlər Nazirliyi təşkil edib. Səfərin məqsədi Cocuq Mərcanlıda aparılan abadlıq işləri və planlarla tanış olmaqdır.