[b]Vitse-spiker: "Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib"[/b]
25 fevral 2017 19:57 (UTC +04:00)

[b]Vitse-spiker: "Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib"[/b]

"Ötən gecə cəbhədə baş verənlər bir daha onu göstərir ki, Ermənistan nə beynəlxalq hüququ sayır, nə ölkənin ərazi bütövlüyü prinsipinə hörmət edir, ümumiyyətlə, hər hansı hərəkətinin məsuliyyətini hiss etmir".

 

Bunu  APA-ya açıqlamasında Ermənistanın cəbhədə törətdiyi son təxribatı şərh edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.

 

B. Muradova bildirib ki,  Ermənistan qondarma "Dağlıq Qarabağ Respublikası"nda qondarma "referendum" keçirməklə müstəqil qurum olduğunu isbatlamağa çalışırdı. Lakin bu cəhdin iflasa uğradığını görüb cəbhədə təxribat törətməklə diqqəti yayındırmaq istədi: "Ermənistan daha çox dünya ictimaiyyətinin nəzərində qalmaq üçün bu cəhdləri göstərir. Həm cəbhədə təxribat törədir, həm də informasiya təxribatı aparır. Bunu da  erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindəki ayrı-ayrı dəstələri dinc azərbaycanlıları hədəf götürməklə edir. Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib".

 

 

Vitse-spiker bildirib ki, Ermənistan dünya ictimaiyyətini, beynəlxalq hüququ tanımır, öz istədiyini edir: " Ermənistanın təxribatının başqa adı yoxdur".

 

Vitse-spiket deyib ki, onsuz da Ermənistan danışıqlarda imitasiya xatirinə, özünü göstərmək naminə iştirak edir: " Ermənistan heç vaxt danışıqlarda konstruktiv mövqe tutmayıb. Bunu dünya ictimaiyyəti də bilir ki, Ermənistan hazırkı status-kvonun saxlanmasına cəhd edir. Hətta sülh danışıqlarında tərəf kimi nəyəsə razılıq vermək istəyirsə, bunu qondarma rejimin rəsmiləşdirilməsi istiqamətində görür. Bizim sülh danışıqlarındakı iştirak məqsədimizlə Ermənistanınkı diametral şəkildə bir-birinin əksinədir. Yəni danışıqlarda əngəllər yaradır, həm də cəbhədə belə  təxribatları törədir ki, status-kvo saxlansın. Ermənistanın niyyəti budur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

APA Baycan

Oxşar yazılar