
Şəhidimiz Tovuzda torpağa tapşırılıb
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.
APA-nın qərb bürosunun verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
Oxşar yazılar

Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00
İsrail və Türkiyə nümayəndələri Bakıda görüşəcək
8 may 2025 , 00:03