Bunu APA-ya açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.
O bildirib ki, Avropa Komissiyası əvvəldən bu layihənin həyata keçirilməsinin bir sıra normativ qaydalardan asılı olduğunu açıqlamışdı:
"Bununla yanaşı, kəmər həm də maliyyə, texniki və siyasi məsələlərdən asılıdır. Aydındır ki, “Cənub axını” layihə mərhələsində olanda da, bizim üçün cənub dəhlizi layihəsi prioritet olub, hansı ki, yaxın gələcəkdə həyata keçiriləcək. İtaliya hökuməti “Cənub axını” layihəsini faydalı hesab etsə də, təchizatçılar və marşrutların diversifikasiyasını təmin edən TAP (Trans Adriatik Boru Kəməri) daha prioritetdir. Bu fikri İtaliya iqtisadi inkişaf naziri Federika Guidi və baş nazir Renzi yaxın günlərdə bəyan etmişdilər. TAP layihəsi vasitəsilə 2020-ci ildən İtaliyaya Azərbaycandan qaz ixrac ediləcək".