<b>Rusiya XİN: "Azərbaycan vacib strateji tərəfdaşımızdır"</b>
09 iyul 2016 12:17 (UTC +04:00)

Rusiya XİN: "Azərbaycan vacib strateji tərəfdaşımızdır"

“Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda vacib strateji tərəfdaşıdır”.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyilir.

 

Bildirilir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr bərabərhüquqluluq, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulub: “Ümumilikdə ticari-iqtisadi əlaqələrimiz də yaxşı inkişaf edir. İki ölkənin biznes nümayəndələri arasında dialoqun aktivləşməsindən və bu ilin payızında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının nəticələrindən əlavə müsbət impulslar gözləyirik”.

 

Açıqlamada S. Lavrovun 11-12 iyul tarixlərində Azərbaycana planlaşdırılan səfərinin detalları da açıqlanıb. Bildirilir ki, görüşdə Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafı çərçivəsində danışılar aparılacaq: “Bakıda baş tutacaq görüşlərdə hər iki ölkənin gündəliyində duran aktual məsələlərin müzakirəsi və Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların inkişaf etdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

APA Baycan

Oxşar yazılar