[b]Rəşadət Axundov siyasətdən getdi[/b]
14 fevral 2017 14:07 (UTC +04:00)

[b]Rəşadət Axundov siyasətdən getdi[/b]

NİDA Vətəndaş Hərəkatının üzvü, tanınmış ictimai fəal Rəşadət Axundov təşkilatda üzvlüyünə və bütövlükdə ictimai-siyasi fəaliyyətinə son verib.

Lent.az-ın məlumatına görə, o, bu barədə şəxsi facebook hesabında açıqlama yayıb.

R.Axundov son günlər NİDA daxilində baş verənlərdən təəssüfləndiyini bildirib və əlavə edib:

“Həm Nida Vətəndaş Hərəkatındakı fəaliyyətimə, həm də ümumiyyətlə, bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə, nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm. Tək üzüntüm İlkinsiz içəridən çıxmaq olub. Onun əfvə düşməyəcəyini biləndə onun da çıxması üçün hətta çıxıb AzTV-də təşəkkür edim təklifi etmişəm, öz reputasiyamın üzərindən xətt çəkilməsini gözə alaraq. Amma qəbul etməyiblər. Hamınıza sevgi və hörmətlər. Haqqınızı halal edin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar