Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.
APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” hesabında yazıb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə o yazıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.
Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.