Bakıda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında görüş olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin Tehrana son səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafında xeyli irəliləyiş baş verdiyini qeyd edib: “Bizim dostluq münasibətlərimiz güclənir və genişlənir. Bu, iqtisadi, siyasi münasibətlərimizə, o cümlədən humanitar sferaya aiddir. Biz Azərbaycan prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaradır”.