[b]Putin avqustun 8-də Bakıya gələcək [/b]
02 avqust 2016 14:44 (UTC +04:00)

[b]Putin avqustun 8-də Bakıya gələcək [/b]

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də Bakıya gələcək.

 

Lent.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib: "V. Putin Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk dəfə keçirilən üçtərəfli görüşündə iştirak edəcək".

 

Əliyev, Putin və Ruhaninin beynəlxalq və regional siyasətin aktual problemlərini, əməkdaşlığın gələcək perspektivlərini, xüsusən energetika və nəqliyyat sahəsindəki əməkdaşlığı müzakirə edəcəkləri gözlənilir.

 

Putinin səfər çərçivəsində həmçinin Azərbaycan və İran prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar