Qarabağ münaqişəsinin həlli ilə bağlı
Azərbaycan prezidenti İlham Əliyev iyulun 9-da Varşavada fransalı həmkarı Fransua Olland ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.