Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
“ Hörmətli Vladimir Vladimiroviç.
Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu.
Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq arzu edirəm”.