[b]Novruz Məmmədov: [/b]“Miqrasiya axını müstəmləkəçiliyin qalığıdır”
08 sentyabr 2015 14:16 (UTC +04:00)

[b]Novruz Məmmədov: [/b]“Miqrasiya axını müstəmləkəçiliyin qalığıdır”

 “Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var. Bu hadisə müstəmləkəçiliklə birlikdə yaranıb, ondan törəmədir, onun qalığıdır”.

 

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir:

 

“Miqrasiya siyasəti I mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, asan həyata keçirmək üçün, II mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib. Hər iki mərhələdə miqrasiya siyasəti müstəmləkəçi dövlətlərin xüsusi maraqlarına xidmət edib. İndi bu siyasətin III mərhələsi başlayır. Bu mərhələdə miqrasiya artıq həmin dövlətlər üçün təhlükə mənbəyi hesab edilir. Bu mərhələdə artıq miqrantlara qanundan kənarlar adı verilir”.

# 189
avatar

Oxşar yazılar