Nazirlərin görüşündə Bakı Bəyannaməsi imzalandı - YENİLƏNİB
Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.
APA-nın məlumatına görə, görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
11:39
Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.
APA-nın məlumatına görə, görüşdə 3 ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq və sonda birgə Bəyannamə qəbul olunacaq.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.
170