Azərbaycan Milli Məclisinin Xocalı soyqırımının 25 illiyi münasibəti ilə plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə olunur.
Iclası açıq elan edən spiker Oqtay Əsədov gündəliklə bağlı müzakirələrə yer verib.