<b>Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü keçirilib</b>
06 dekabr 2017 20:05 (UTC +04:00)

Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü keçirilib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

 

Görüşə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

 

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir.  H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

 

Bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar