[b]Kreml Alxanlıdakı hadisə ilə bağlı şərh verdi[/b]
10 iyul 2017 20:33 (UTC +04:00)

[b]Kreml Alxanlıdakı hadisə ilə bağlı şərh verdi[/b]

0

Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması  nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib:  "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq",-deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

 

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar