Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova “Əməkdar hüquqşünas” fəxri adı verilsin.