Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Partiyadan Lent.az-a verilən məlumata görə, prokurorluqdan Müsavat Partiyasına bununla bağlı rəsmi çağırış vərəqələri göndərilib.
Çağırış vərəqələrində bildirilib ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar.
Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu da qeyd edilib.