[b]Həmsədrlər Dağlıq Qarabağa gedəcək[/b]
02 fevral 2018 14:57 (UTC +04:00)

[b]Həmsədrlər Dağlıq Qarabağa gedəcək[/b]

0

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gələcəklər.

 

APA-nın “aysor.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

 

T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra oradan Dağlıq Qarabağa səfər edəcəklər.

 

Onların separatçı rejimin "rəhbərliyi" ilə görüşləri nəzərdə tutulur.

 

Qeyd edək ki, Ermənistan əvvəl həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar