[b]Elmar Məmmədyarov həmsədrlərlə görüşdü[/b]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.
APA-nın məlumatına görə. biu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib.
Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
233