<b>Əli Hüseynli:</b> “Avstriya yanlış addım atdı”
23 aprel 2015 12:57 (UTC +04:00)

Əli Hüseynli: “Avstriya yanlış addım atdı”

 

 

“Çanaqqala savaşında məqsəd Bosforun, Dardanelin, daha sonra neftlə zəngin ərazilərin ələ keçirilməsi idi. Tarixçilər bu döyüşdə türklərin və Qafqaz müsəlmanlarının iştirakını xüsusi araşdırmalıdırlar”.

 

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Dillər Universitetində Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı və Milli Məclisin deputatı Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitablarının təqdimat mərasimində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynli bildirib ki, Azərbaycan türkləri və Şeyx Şamil hərəkatından sonra Türkiyəyə mühacirət etmiş xalqların nümayəndələri Çanaqqala savaşında döyüşüblər: “Bütün müsəlman bu mücadiləyə qatılmasalar da, Osmanlı və Azərbaycan türkləri Çanaqqala savaşında birgə döyüşdülər. Sadə azərbaycanlılardan tutmuş milyonçulara qədər, hər kəs Çanaqqala savaşında Osmanlıya dəstək verdi. Osmanlı ordusu isə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımların qarşısının alınmasında Azərbaycan türklərinə yardım etdi”.

 

Ə. Hüseynli Avstriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına da toxunub: “Bu, yanlış addımdır. Çünki o dövrdə Avstriya Almaniya və Osmanlı ilə birgə ittifaqda idi, əgər belə hadisə olsaydı, Avstriya da eyni dərəcədə məsuliyyət daşıyardı”.

 

Ə. Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin Çanaqqala zəfəri ilə bağlı söylədikləri fikirdən sonra “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin hazırlanmasını təqdir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar