Azərbaycan və Ermənistan prezidentləri gələn həftə Cenevrədə görüşəcək.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.
A.Aşotyan bu barədə Respublika partiyasının icraedici orqanının iclasından sonra bildirib.