[b]Bundestaq üzvü:[/b] “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
17 sentyabr 2015 13:19 (UTC +04:00)

[b]Bundestaq üzvü:[/b] “Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

0
“Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır”.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bunu Bakıda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyətinin rəhbəri Manfred Zöllmer parlamentdə keçirdiyi görüşdə bildirib. O deyib ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcək.

 

Qonaq həmçinin qeyd edib ki, Azərbaycanla Almaniyanın oxşar cəhətləri çoxdur və onlar eyni iqtisadi maraqları bölüşürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar