[b]Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək[/b]
24 noyabr 2017 09:34 (UTC +04:00)

[b]Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək[/b]

0

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.

 

APA-nın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider  iştirakını təsdiqləyib.

 

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

 

Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna  arasında əlaqələri dərinləşdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar