[b]Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib[/b]
04 yanvar 2018 12:57 (UTC +04:00)

[b]Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib[/b]

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

 
 
 
APA-nın məlumatına görə, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir. 
 
 
 
Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
 
 
 
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

 

 

12:40

 

 

Milli Məclisin Avropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

 

APA-nın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların əvəzinə hələlik deputat Elşad Həsənov nümayəndə heyətinin tərkibinə daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

APA Baycan

Oxşar yazılar