[b]Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib[/b]
23 may 2016 16:18 (UTC +04:00)

[b]Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib[/b]

0

İstanbulda Dünya Humanitar Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko arasında görüş keçirilib.

 

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

 

Görüşdə Ukrayna prezidentinin Azərbaycana rəsmi səfərinə hazırlıq məsələləri müzakirə edilib. Ölkə başçıları yaxın vaxtlarda ticari və iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar