[b]Azərbaycan və Ermənistan prezidentləri avqustda görüşə bilər[/b]
03 iyul 2016 18:32 (UTC +04:00)

[b]Azərbaycan və Ermənistan prezidentləri avqustda görüşə bilər[/b]

Ermənistanın ATƏTParlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyan avqustda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib.

 

APA-nın news.am saytına istinadən verdiyi məlumata görə,  A. Qeqamyan  deyib ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə ümid edirlər.

 

A. Qeqamyan az əvvəl Rusiya prezidenti Vladimir Putin və Fransa prezidentiFransua Olland arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunduğunu xatırladıb: “Mən əminəm ki, Paris görüşündə sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan  prezidentləri ilə  qarşılıqlı razılığa gəlməsi üçün ABŞ-da da bir görüş keçiriləcək.  Bu o deməkdir ki, artıq münaqişənin tənzimlənməsi prosesinin məntiqi yekuna çatdırılması, ümumi yekun razılaşmanın  işlənilməsi və imzalanması üçün daxili hazırlıq var”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

APA Baycan

Oxşar yazılar