[b]AŞPA prezidenti:[/b] "Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıram”
25 may 2016 19:25 (UTC +04:00)

[b]AŞPA prezidenti:[/b] "Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıram”

0

 

“Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”.

 

APA-nın məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.

 

O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin  azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.

 

Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar