[b]Anjey Kaspşik 22-ci dəfə eyni vəzifəyə təyin olunub[/b]
12 yanvar 2018 13:57 (UTC +04:00)

[b]Anjey Kaspşik 22-ci dəfə eyni vəzifəyə təyin olunub[/b]

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.
 
 
 
APA-nın məlumatına görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.
 
 
 
Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
 
 
 
A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
 
 
 
Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

APA Baycan

Oxşar yazılar