Türkiyə-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli mexanizmlərini qururuq.
APA-nın “Haberler”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, bununla yanaşı, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçtərəfli mexanizmlərin davam etdiyini qeyd edib: “Vacib layihələrlə bu regionlarla əlaqələrimizi gücləndiririk. İki ay ərzində Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışını edəcəyik”.