![[b]“Terror bütün dünyanı hədəfə almaqdadır” - SƏFİR[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Terror bütün dünyanı hədəfə almaqdadır” - SƏFİR[/b]
“Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə bunu ən sərt şəkildə qınayır, lənətləyir: “Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”.
E. Özoral qeyd edib ki, terrorla mübarizə qlobal səviyyədə aparılmalıdır: “Ona görə də Türkiyə terrorizmdə mübarizədə bütün ölkələrlə mümkün olan hər cür əməkdaşlığı həyata keçirir və buna dəstək verməyə çalışır. Terrora qarşı mübarizənin də tələbi budur. Terrorla mübarizədə “amma”, “ancaq” demək, hansısa şərtlər irəli sürmək doğru deyil. Terrorizmin bütün formaları ilə eyni formada mübarizə aparılmalıdır. Günümüzdə terror heç bir fərq qoymur, dünən İranda, keçən həftə İngiltərədə belə aktlar törədildi. Dünyanın heç bir ölkəsində bu istisna deyil. Terrora qarşı hamımız birlikdə mübarizə aparmalıyıq. Çünki terror bütün dünyanı, bütün bəşəriyyəti hədəfə almaqdadır”.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07