Azərbaycan kontr-terrorizm sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaşdır.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini Mixayl Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə də toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.
M. Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib.