“Müsavat öz qərargahında olsa belə, qurultayını keçirməlidir”
28 iyul 2014 12:00 (UTC +04:00)

“Müsavat öz qərargahında olsa belə, qurultayını keçirməlidir”

0
“Qurultayın Səttar Bəhlulzadə Adına Mədəniyyət Evində keçirilməsi barədə müzakirələr olub, müəyyən razılıq olmasa da, ancaq bu yerdən imtina olunmayıb”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

 

G. Aslanlı qeyd edib ki, partiyanın qurultayının Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi məsələsi yenidən gündəmdədir və bununla bağlı son qərarı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi verəcək: “Bu baxımdan qurultayın məhz həmin yerdə keçiriləcəyini demək hələ tezdir”.

 

G. Aslanlının fikrincə, Müsavat nəyin bahasına olursa olsun, qurultayını keçirməlidir: “Səttar Bəhlulzadə adına Mədəniyyət Evində, ya da öz qərargahında olsa belə, partiyanın qurultayı keçirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar