“Ermənistan sülh prosesinə zərbə vurur” - XƏLƏF XƏLƏFOV
28 fevral 2017 18:37 (UTC +04:00)

“Ermənistan sülh prosesinə zərbə vurur” - XƏLƏF XƏLƏFOV

“Azərbaycanla Moldovanın ərazi bütövlüyünün pozulması iki ölkənin üzləşdiyi problemlərin oxşar cəhətidir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy ilə görüşdə deyib.
 
O, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri və aparılan sülh danışıqları barədə moldovalı həmkarına ətraflı məlumat verib. X. Xələfov Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmədiyini bildirib, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtmasının təmin ediləcəyini diqqətə çatdırıb.
 
Ermənistan hakimiyyətinin siyasi manipulyasiya etdiyini, danışıqlar prosesini pozduğunu vurğulayan X. Xələfov Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində və silahlı qüvvələrin təmas xəttində mütəmadi təxribatlar törətdiyini, gərginliyi artırmaqla sülh prosesinə zərbə vurduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

APA Baycan

Oxşar yazılar