Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANiB) təşkilatçılığı ilə “İrqçi ideologiya olan erməni düşüncə sistemi: Faşist “Yeninizam” anlayışı və Njdenin “Tsexakronu” mövzusunda seminar keçirlib. Təşkilatdan Lent.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud seminarın saxta erməni soyqırımı iddialarının 100-cü ildönümünə həsr edildiyini bildirib.
Təşkilat sədri ermənilərin 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələri dünyaya “soyqırım” aktı kimi tanıtmağa çalışmasının kökündə Türkiyəyə qarşı torpaq iddialarının durduğunu deyib.
Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin ikinci katibi Murad Yalçın təmsil etdiyi dövlətin heç bir halda təzyiqlərə boyun əyərək tarixinin təhrif olunmasıyla razılaşmayacağını deyib. Seminarda Türkiyənin Ərciyəz Universitetinin ermənişünaslıq bölməsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Chaxmaqli geniş məruzəilə çıxış edib.
Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının İctimai Şurasının sədri Nurəddin Mehdiyev DANİB-in gənclərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gerçək elmi faktlara söykənərək təbliğinə hər zaman xüsusi diqqət ayırdığını və bunun təqdirəlayiq olduğunu bildirib.