“Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər”
04 avqust 2014 18:10 (UTC +04:00)

“Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər”

“Böyük Britaniya münaqişənin həlli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılması üçün səylərini artırmalıdır”


 

 

 

Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, bir necə dəfə Azərbaycana səfər etmiş Kilkluney (Kilclooney) ölkəsini Azərbaycana dəstəyini artırmağa çağırıb.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-nın məlumatına görə, o bildirib ki, Böyük Britaniya Azərbaycana daha çox yardım göstərməlidir: “Biz bir daha şahidi olduq ki, Minsk Qrupu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının aradan qaldırılmasında effektiv vasitə deyil.

 

Danılmazdır ki, 20 illik durğunluq gərginliyin artmasına səbəb olub. Son döyüşlərdə 10-dan çox Azərbaycan əsgəri qətlə yetirilib, Dağlıq Qarabağda valideynlərinin məzarlarını ziyarət edən 2 mülki şəxs ermənilər tərəfindən əsir götürülüb. Hazırda hərbi əməliyyatlar tam bərpa oluna bilər, lakin bu, nəinki region, həm də Qərbin maraqları üçün ağlasığmaz nəticələr verəcək. Böyük Britaniya münaqişənin həlli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılması üçün səylərini artırmalıdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4753
avatar

Oxşar yazılar