“Azəryol”un binası, meydançası və oteli açıldı
21 dekabr 2012 18:57 (UTC +04:00)

“Azəryol”un binası, meydançası və oteli açıldı

0

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış olub. 


Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılıb. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri seçilmişdir. Tikinti işlərinə azərbaycanlı və xarici mütəxəssislər cəlb ediliblər.

 

Bildirilib ki, iki min tamaşaçı tutumu olan meydançada müasir tablo quraşdırılıb. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunub. 
 

Prezident İlham Əliyev burada “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşüb. 
 

Dövlət başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edilib. 
 

Sonra prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış olub. 
Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriya var. 
Yaradılan şəraitdən razılığını bildirən dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 970

Oxşar yazılar