“Azərbaycan və ABŞ ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub”
29 yanvar 2015 11:02 (UTC +04:00)

“Azərbaycan və ABŞ ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub”

“The Washington Post” qəzetində ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan yazı dərc edilib

 

“23 illik qısa müstəqillik dövrü ərzində Azərbaycan Amerika Birləşmiş Ştatlarının yaxın dostu və regionda stabilləşdirici güc qismində çıxış edib”. APA-nın məlumatına görə, bu sözləri ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, respublikaçı Den Barton (Dan Burton) “The Washington Post” qəzetində dərc olunan yazısında bildirib.

 

Məqalədə qeyd olunur ki, Rusiya və İranla sərhəddə yerləşməsi və bu dövlətlərin siyasəti Azərbaycanı daha vacib edir: “Bizim Azərbaycanla münasibətlərə dəyər verməyimiz üçün bir çox digər səbəblər də var. Azərbaycan tolerantlıq və anlayış nümayiş etdirən və əhalisinin 96 faizi müsəlman olan bir ölkədir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı bildirib ki, Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Tolerantlıq bütün millətlər üçün davam etməkdə olan öyrənmə prosesidir, lakin 23 illik müstəqilliyi ərzində Azərbaycan bu sahədə çox güclü addımlar atıb”.

 

Yazıda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı güclüdür və aparılan iqtisadi siyasətin əsas məqsədi əhalinin yaşayış səviyyəsini yüksəltmək və gələcək nəsil üçün daha yaxşı həyat təmin etməyə yönəlib: “Azərbaycan həmçinin NATO-nun tərəfdaşı, İsrailin güclü hərbi və iqtisadi tərəfdaşı, Avropa Şurasının üzvü, 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq ictimaiyyətə inteqrasiya olunub. Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub və bu, Azərbaycanın Cənubi Qafqaz regionunda tərəfdaş və lider ölkə olması kimi qiymətləndirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar