“Azərbaycan “Əsrin müqaviləsi” ilə mesaj verdi”
20 sentyabr 2014 15:43 (UTC +04:00)

“Azərbaycan “Əsrin müqaviləsi” ilə mesaj verdi”

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü münasibətilə bəyanat yayıb.


 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, D.Hoqanın bəyanatında deyilir: “Azərbaycanın qlobal investisiyalara açıq olmağa doğru seçimi təkcə iqtisadi seçim deyildi, həm də bir mesaj oldu ki, bu ölkənin dünyadan ayrılmaq niyyəti yoxdur. Bir müstəqil dövlət kimi Azərbaycanı seçdiyi inkişaf yolu münasibəti ilə təbrik etmək istəyirəm. Xarici investisiyalar Azərbaycanın iqtisadi inkişafına yol açıb, ölkəyə işıqlı gələcəyi təmin edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070
avatar

Oxşar yazılar