“ATƏT Qarabağ münaqişənin həlli cəhdlərinə yenidən baxmalıdır”
05 avqust 2014 19:43 (UTC +04:00)

“ATƏT Qarabağ münaqişənin həlli cəhdlərinə yenidən baxmalıdır”

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş Qarabağda cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından dərin narahatlığını ifadə edib.

 

ATƏT PA-dan APA-ya verilən məlumata görə, J. Suareş tərəfləri müharibədən çəkinməyə və münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərməyə çağırıb.

 

“Bölgədəki təhlükəsizliyin pozulması və Dağlıq Qarabağda, ətraf rayonlarda olan hazırkı gərginlik onu göstərir ki, münaqişənin 20 ildən çoxdur, “donmuş” qalması qəbul olunmur. Tərəflər dəhşət və təxribatdan çəkinməli, təcili şəkildə məsələnin diplomatik yolla həllinə köklənməlidirlər. Ermənistan və Azərbaycan prezidentləri sülh prosesinə bu həftə Soçidə başlamalıdırlar”, - deyə L. Suareş qeyd edib.

 

O bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT münaqişənin həlli cəhdlərinə yenidən baxmalı, sülh prosesinə dəstək ola biləcək yeni ideya və mexanizmlər nəzərə alınmalıdır.

 

Xüsusi nümayəndə ATƏT PA-nın bu yaxında Bakıda keçirilən sessiyasında Ermənistan nümayəndəliyinin iştirak etməsinə də toxunub.

 

O, Ermənistan və Azərbaycan hökumətlərini ölkələrin parlamentar ünsiyyət formasını və digər formaları da dəstəkləməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar