Fəaliyyətində daima müştərilərin rahatlığını əsas tutan və Azərbaycanın Marketinq və PR sektorunda hər zaman yenilikləri ilə fərqlənən Apamark şirkəti yeni korporativ www.apamark.az saytını istifadəyə verdi. Yeni sayt əvvəlkindən funksionallığı və daha rahat olması ilə fərqlənir. Saytın strukturu və bölmələrinin təşkili yenidən dizayn edilmişdir.
Mobil cihazlara uyğun sayt
Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.
Hər kəs üçün xidmət və geniş Portfolio
Şirkətinin gələcək marketinq strategiyasını Apamark şirkəti ilə bağlamaq istəyənlər üçün ayrıca olaraq XİDMƏTLƏR adlı bölmə hazırlanmışdır. Bu bölmədə istifadəçilər müxtəlif konseptli saytların hazırlanmasından tutumuş, digər şirkətlər üçün görülən işlərin bir qismi ilə tanış ola bilərlər.
Sifarişləri asanlaşdıracaq BRİFLƏR
İstənilən işdə müvəffəqiyyətin sirri işin icraçı tərəfə düzgün ötürülməsidir. Bu amili əsas götürən şirkət, öz korporativ saytında müştərilər üçün briflər bölməsi yaratmışdır. Şirkətin təklif etdiyi xidmətlər çərçivəsində əməkdaşlıq etmək istəyənlər müvafiq brif növünü seçib doldurmaqla, sifarişlərini Apamark şirkətinə göndərə bilərlər. Şirkət, hal-hazırda saytın bu hissəsinin daha da təkmilləşdirilməsi və rahat istifadəsi üzərində işlərini davam etdirir.
Axtardığınız məlumatlar faydalı bölümündə
Şirkət, marketinq sahəsi üzrə biliklərin artırılması məqsədi ilə saytın faydalı bölməsində terminalogiya bölməsi yaratmışdır. Gələcəyini bu sahə də görmək istəyənlər bu bölmədəki terminologiya lüğətindən faydalana bilərlər. Şirkət həmin bölmənin daima zənginləşdirilməsini nəzərdə tutur. Bundan əlavə ziyarətçilər həmin bölmədə yer alan REKLAM DAŞIYICILARI alt menyusuna daxil olaraq onlar üçün maraqlı olan reklam daşıyıcılarının ölçülərini görə bilərlər.
Yüksək keyfiyyətli şəkillər üçün Foto Bank
Şirkət, yaxın zamanlarda FOTO BANK bölməsini istifadəyə verməyi planlaşdırır. Bu bölmə, sayt ziyarətçilərinə müxtəlif mövzularda yüksək keyfiyyətli şəkilləri əldə etməyə imkan verəcək. Şəkillərin qiymətinə gəlincə isə bu həm korporativ, həm də fərdi müştərilər üçün münasib olacaq. Hal-hazırda həmin bölmənin istifadəyə verilməsi üzrə texniki işlər aparılır.
Qeyd edək ki, Apamark şirkəti müştərilərinə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.