Müdafiə naziri Belarus və İsrailin yeni səfirlərini qəbul edib
22 sentyabr 2015 18:37 (UTC +04:00)

Müdafiə naziri Belarus və İsrailin yeni səfirlərini qəbul edib

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail və Belarusun ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Zakir Həsənov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

 

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

 

Zakir Həsənov eləcə də,  Belarusun ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb. 


Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Müdafiə naziri Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədi

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb. 

Bundan əlavə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar