Gürcüstan polisi "Qəbələ" ilə oyunda baş verən insidenti araşdırır - <span style="color:red;">SƏFİR
07 avqust 2015 16:55 (UTC +04:00)

Gürcüstan polisi "Qəbələ" ilə oyunda baş verən insidenti araşdırır - SƏFİR

0

"Bildiyiniz kimi, UEFA Tbilisinin "Dinamo" klubunu cəzalandırıb, 20 min avro cərimə tətbiq edilib”.

 

APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

 

Onun sözlərinə görə, “Dinamo” bir neçə matçı tamaşaçısız keçirəcək: “Həm Gürcüstanda, həm də Azərbaycanda "Qəbələ" futbol komandası ilə görüşdə baş verən insident araşdırılır. Bizim hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı işləyir. Ümid edirəm ki, nəticə əldə edəcəyik. Baş verənlər onu göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyən təxribatçılar çoxdur".  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar