Pr
Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib. Hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri" adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın ekspertləri tərəfindən hazırlanıb. Şuradan
Lent.az-a verilən məlumata görə, hesabatın sentyabrın 9-da Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edib.
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin təşkilatçılarına və hesabatın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edərək Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib. A.Quliyev bildirib ki, QHT Şurası hər il gender bərabərliyi, insan alveri, məcburi əmək və qadınlarla bağlı digər mövzularda 50-ə yaxın layihəni dəstəkləyir.
A.Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini misal göstərərək bildirib ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.
A.Quliyev vurğulayıb ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var.