Prezident çinli həmkarına başsağlığı verdi
04 avqust 2014 17:08 (UTC +04:00)

Prezident çinli həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib. Lent.az-ın məlumatına görə, başsağlığında deyilir: “Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirib. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar