24 iranlı məhbus ölkəsinə təhvil verildi
02 mart 2017 21:08 (UTC +04:00)

24 iranlı məhbus ölkəsinə təhvil verildi

Azərbaycan həbsxanalarında olan 24 iranlı məhbus cəzalarının qalan hissəsini çəkmək üçün bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub. APA-nın Tehran bürosunun məlumatına görə, bunu Astara şəhər cəzaçəkmə müəssisəsinin rəhbəri Mehran Şikari deyib.

 

M.Şikari deyib ki, artıq  23-cü dəfədir ki, Azərbaycan və İran arasında məhkumların ekstradisiyası baş tutur.  “Bu məhbuslar İranın Azərbaycandakı səfirliyinin səyi nəticəsində iki ölkə arasında məhkumların ekstradisiyasına dair müqaviləyə əsasən İrana təhvil verilib.   Təhvil alınmış məhbuslar karantin müddəti və qanuni prosedur başa çatdıqdan sonra aidiyyəti quruma təhvil veriləcək”.

 

O deyib ki,  Azərbaycandan İrana ekstradisiya olunan məhbusların əksəriyyəti narkotik maddələrlə bağlı ittihamlarla həbs olunublar.  “Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində 170 iranlı məhkum həbsdədir”.

 

M.Şikari əlavə edib ki, Azərbaycan və İran arasında məhkumların mübadiləsinə dair saziş 1999 –cu ildə imzalanıb. İndiyədək qeyd olunan saziş çərçivəsində Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə 456 məhbus ekstradisiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar