Vasif Talıbovun istefa ərizəsinə özünün iştirakı olmadan baxılıb - FOTO
21 dekabr 2022 15:40 (UTC +04:00)

Vasif Talıbovun istefa ərizəsinə özünün iştirakı olmadan baxılıb - FOTO

Vasif Talıbovun istefa ərizəsinə özünün iştirakı olmadan baxılıb. 

Lent.az-ın əldə etdiyi mçəlumata görə, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib. 

Sessiyada çox az sayda adam olub və sədr Vasif Talıbov iştirak etməyib. 

V.Talıbovun oğlu Seymur Talıbov atasının istefa ərizəsinə baxılan zaman sessiyada olub. 

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444
avatar

Oxşar yazılar