“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI
03 fevral 2023 18:09 (UTC +04:00)

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

Ciddi cinayətlər törədənləri dəli adı ilə qorumağa çalışanlar indiyə kimi çox olub. Hətta bir həftə bundan öncə Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin guya ruhi xəstə olması müəyyən edilib.

Maraqlıdır, belə uydurmalara görə, kimsə məsuliyyət daşıyırmı? Və ya ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Məsələ ilə bağlı deputat Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, ruhi xəstə adı altında cinayət məsuliyyətindən boyun qaçırmaq halları ilə tez-tez üzləşmişik. 

Onun sözlərinə görə, cinayətkarın ruhi xəstə olması həkim rəyi ilə müəyyən olunur:

“Son illər bu məsələyə ciddi nəzarət edilir. Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarın məsuliyyətdən boyun qaçırması üçün ruhi xəstə olması ilə bağlı sənəd alması gözlənilən idi. Bu "ruhi xəstə" adını da terrorçuya İranı idarə edən ruhi xəstələr verib. Bəlkə həmin cinayəti törədən şəxsin başına əmmaməni qoyub azadlığa buraxıblar. Bütün bunlar İran sisteminin mahiyyətini göstərir. Onlar dünya üçün ən təhlükəli dövlətlərdən biridir. İran bu cür qatil zehniyyəti ilə çox idarə oluna bilməz. Bu artıq qanuni davranış deyil. Bu, bilavasitə İran dövlətinin özünün uydurduğu ssenarini bağlamaq cəhdidir. Bu cəhd bizim tərəfdən səmimi görünmür. Biz bütün platformalarda İranda bilavasitə rəhbərlik edən şəxslərin cinayətkar olduğunu hər kəsə bildirəcəyik”.

# 2376
avatar

Arzu Qurbanlı

Oxşar yazılar