İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Tehran rejiminin Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası verib.
Lent.az xəbər verir ki, notada Azərbaycanın bəzi kütləvi informasiya vasitələri tərəfindən "nalayiq və təhqiredici hərəkətlərin davam etməsindən" narahatlıq ifadə olunub.
Tehran rejimi bu prosesin dayandırılmasını və kompensasiya ödənilməsini tələb edib. Həmçinin bu cür davranışların "iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri" barədə xəbərdarlıq edib.
İndi gəlin tarixə nəzər salaq. Hansı ölkə bu cür münasibətlərin "mənfi və zərərli nəticəsi" olması üçün çalışıb? Əlbəttə, İran.
Bu gün baş verən problemlərin səbəbkarı İrandır.
- İran mediası Azərbaycanı və azərbaycanlıları mütəmadi təhqir etdi.
- İran mediası qeyri-peşəkar və etikasız tərzi ilə azərbaycanlıları tarakana belə bənzətdi.
-İran mediası "Səhər" kanalı vasitəsilə Azərbaycanda bölücülük və təfriqəçilik salmaq üçün illərdir ki, iş aparır.
- İran mediası Azərbaycan Respublikası sözünü yazmayacaq qədər acizlik və ucuzluq edir. " Bakı hakimiyyəti", " Bakı rejimi" kimi ifadələri ilə öz aləmlərində dövlətimizi tanımırlar.
- İran mediası Azərbaycanda bölücülük yayanların, Vətənə xəyanət ittihamı ilə həbs olunanlar, onların yaxınları üçün rupordu.
- İran mediası Azərbaycan səfirliyinə silahlı hücum etmiş terrorçudan müsahibə alıb yaymağı özünə yaraşdıran mediadı.
Saymaqla bitməyəcək bu siyahını görüb biləndən sonra da Tehran rejiminin kompensasiya istəkli, xəbərdarlıq ruhlu notası arsızlıq sindromudu. Hər gün başqa ölkəni, onun rəhbər şəxslərini, dəyərlərini heç bir səbəb olmadan sərt tənqid edən, şər, böhtan yağdıran Tehran mediası ortadadır. Tehran rejiminin yəqin ki yaxın məsafəni görmək problemi var....