Rusiya müxalifətinin həbsdə olan lideri Aleksandr Navalnı 13-cü dəfə təkadamlıq kameraya göndərilib.
Lent.az xəbər verir ki, o, həbsxananın qaydalarını pozmaqda ittiham edilir.
Məlumata görə, Navalnı əslində Rusiyada cəzaçəkmə müəssisələri ilə bağlı araşdırmanın da qurbanı olub.
Söhbət ondan gedir ki, həmin araşdırmada türmələr üçün alınan ərzaqlar arasında kələmin qiymətində böyük korrupsiyaya yol verilib. Navalnı tərəfdarları sübut ediblər ki, hər yerdə 6 rubla satılan kələmə həbsxanalar 27 rubl pul ödəyiblər.
Navalnının qəzəblənməsinin əsas səbəbi isə budur.